Accessibility links

“İranda 25 milyon türk var, Ruhani sadəcə iki türk nazir seçib.”


Mehemmed Hesennijad

Mehemmed Hesennijad

Culfa və Mərənd şəhərlərinin millət vəkili mötədil siyasətçi kimi tanınan prezident Həsən Ruhaniyə müraciət edib

“Cənab Ruhani Təbriz mitinglərinizdə hərarətli kütləyə verdiyiniz sözləri bir daha xatırlayın. Siz nazirləri seçməkdə mötədilliyi əsas almadınız, 25 milyonluq türk əhali üçün sadəcə iki türk nazir seçdiniz,” deyə Culfa və Mərənd şəhərlərinin millət vəkili mötədil siyasətçi kimi tanınan prezident Həsən Ruhaniyə səslənib.

Prezident Həsən Ruhaninin nazirlik vəzifəsi üçün İran Parlamentinə təklif etdiyi 18 siyasətçidən ikisi Azərbaycan türküdür. Həmid Çitçiyan Enerji naziri, Məhəmməd Rza Nemətzadə isə Sənaye, Mədən və Ticarət naziri kimi təklif edilib.

Azərbaycan veb səhifələrinin yazdığına görə, İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan türklərə hökümətdə saylarına uyğun şəkildə yer verilmir. Adətən sənaye və texnologiya sahələri ilə əlaqədar olan nazirliklərdə Azərbaycan əsilli siyasətçilərin xidmətindən istifadə olunur.

Yurd Net veb səhifəsində yayılan məlumata görə, Məhəmməd Həsənnijad Azərbaycan şəhərlərində işsizlik, susuzluq və Urmiyə gölünün quruması kimi problemlərə işarə edərək yeni prezidenti azərbaycanlılara verdiyi sözlərə əməl etməyə çağırıb.

“Azərbaycan işsizlik və mühacir göndərməkdə ölkənin birincisi olub. Araz çayının yaxınlığında yerləşən Azərbaycan susuzluqdan can verir... Mən hökümətin işə başladığı ilk günlərdə şikayətlənmək istəmirəm, ancaq gələcəkdə Urmiyə gölünün quruması və digər problemlərin həll edilməsinə ümid edirəm,” deyə, parlamentin İqtisadiyyat Komissiyasının üzvü söyləyib.

Fars xəbər agentliyinə müsahibə verən azərbaycanlı deputat həmçinin yeni hökümətin yürüdücəyi iqtisadi siyasətlərlə bağlı tövsiyələr verib.
XS
SM
MD
LG