Accessibility links

Edam edilənlər narkotik qaçaqmalçılığında ittiham edilib

İranda 8 nəfər asılaraq edam edilib. APA Agentliyinin məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən Allahverdi, Səyyad, Səfər, Hacı, Xosrov, Ümran, Nihad və Əldülməcid adlı şəxslər barəsində məhkəmə ölüm hökmü çıxarıb.
Edam cəzası mayın 31-də səhər saatlarında Urmiya həbsxanasının həyətində icra edilib.

İranın insan haqları müdafiəçiləri ötən ay ərzində İranda 77, təkcə son həftə ərzində 58 adamın edam edildiyini bildirir. Edamların yarıdan çoxunun gizli şəkildə həyata keçirildiyi deyilir.

Avropa İttifaqının xarici əlaqərlər şöbəsinin rəhbəri Katrin Eşton edamları qınayaraq, İran rəsmilərini edamların dayandırılmasına səsləyib.

BMT-nin İran üzrə nümayəndəsi Əhməd Şəhid 2011-ci ildə İranda 421 nəfərin rəsmən, 249 nəfərin isə qanunsuz olaraq gizli şəkildə edam edildiyi barədə məlumatla çıxış edib. Nümayəndənin hesabatında deyilir ki, onların 81 faizi narkotik maddə qaçaqmalçılığı, 4.3 faizi İran hökuməti əleyhinə fəaliyyətlər, 4.1 faizi isə zorlama ittihamı ilə ölümə məhkum edilib.

Qeyd edək ki, İran edam cəzalarının sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

XS
SM
MD
LG