Accessibility links

İranda həbsdə olan Klotild Reissin bu yaxınlarda azad ediləcəyi deyilir


İranda həbsdə olan Klotild Reissin bu yaxınlarda azad ediləcəyi deyilir
İranda həbsdə olan Klotild Reissin bu yaxınlarda azad ediləcəyi deyilir

Fransa Klotild Reissə qarşı irəli sürülüən casusluq ittihamını rədd etmişdir

2009-cu il iyun ayındakı prezident seçkiləri zamanı İranda həbs edilən fransalı akademik Klotild Reissin vəkili onun bu yaxınlarda azad ediləcəyini bildirib. Reissin iranlı vəkili Məhəmməd Əli Məhdavi-Sabir açıqlamanı bu gün verib, lakin İran tərəfi bu məlumatı hələ təsdiq etməyib. Keçən ilin iyun ayında keçirilən prezident seçkilərdən sonra həbs edilən 24 yaşlı Reiss altı həftə İran həbsxanasında saxlandıqdan sonra zəmanətə buraxılmış və Tehrandakı Fransa səfirliyinə göndərilmişdi. Fransa Klotild Reissə qarşı irəli sürülüən casusluq ittihamını rədd etmiş və onun azad edilməsinə çağırmışdır.

XS
SM
MD
LG