Accessibility links

İranda insan hüquqlarının vəziyyəti ağırlaşıb


İranda insan hüquqlarının vəziyyəti ağırlaşıb
İranda insan hüquqlarının vəziyyəti ağırlaşıb

ABŞ hökumətinin mövqeyini əks etdrən baş məqalə


ABŞ Dövlət Departamentinin bu yaxınlarda yaydığı hesabat İranda insan hüquqlarının vəziyyətinin ağırlaşdığını əks etdirir. Sənəddə bu ölkənin hökuməti və onun agentləri tərəfindən həyəta keçirilən məhkəməsiz və qanunsuz qətl hallarının artdığını deyilir. Buna misal kimi 2009-cu ilin iyun ayında prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin tələbə hərəkatının rəhbəri Məhəmməd Naderipurun öldürülməsi göstərilir. Naderipurun cəsədi həbsindən 48 saat sonra öz maşınında aşkar edilimişdi. Dövlət Departamentinin bildirdiyinə görə, onun ailəsindən istintaqa yol verilməməsi məqsədi ilə cəsədin dərhal yandırılması tələb edilmişdi.

Səidə Purağayi 2009-cu ilin sentyabr ayında Tehran binasının damında Allahu-Əkbər şüarına görə həbs edilib. İki gün sonra onun anası cəsədinin aparılması üçün çağırılıb. Zorlanma və ingəncə izlərinin silinməsi üçün onun cəsədi qismən yandırılmışdı.

194 ölkədə insan hüquqlarının vəziyyətinə dair hesabatı açıqlayan dövlət katibi Hillari Klinton ötən il ərzində İranda 300-dən artıq insanın öldürüldüyünü deyib. Xanım Klinton onların əksəriyyətinin etnik azlıqların nümayəndələri olduğunu bildirib. “Evin həbsxanasında 4 kürd edam edilib. Onlar 2006-cı ildə insan hüquqlarını müdafiə etdiklərinə görə həbs edilmişdi. Həmin şəxslər ingəncə altında terrorçu olduqlarını etiraf etməyə məcbur edilib”.


ABŞ Dövlət Departamentinin hesabatındada İran həbsxanalarında siyasi opponentlərin əlləri və ayaqlarından asılmaq, saatlarla narahat pozada saxlanmaq, dıqnaqları çıxarılmaq və zorlanmaqla ingəncələrə məruz qaldığı bildirilir. Sənəddə həmçinin deyilir ki, jurnalistlər, insan hequqları müdafiəçiləri, qadın və etnik azlıqların fəalları kimi vətəndaş cəmiyyətinin üzvlərinə qarşı təqib və təzyiqlər davam edir. Burada İranda məhkəmələrin qeyri-müstəqil olduğu və nadir hallarda ədalətli məhkəmələr keçirildiyi bildirilir.


İran hökuməti qəddarcasına azad toplaşma və söz azadlığı kimi özəl və mülki azadlıqları boğur. Lakin İran xalqı məğlubedilməzdir. ABŞ dövlər katibi Hillari Klinton hökumətinin qəddar repressiyasına baxmayaraq, İran xalqının insan hüquqlarına riayət edilməsi istəyinə ehtiramını bildirib. Xanım Klinton deyib ki, Amerika fundamental hüquqlar və azadlıq istəyən xalqa dəstəyini davam etdirəcək.


XS
SM
MD
LG