Accessibility links

İranın tarixində ən böyük fırıldaqçılığın təşkilatçısı olan milyarder biznesmen bu gün Tehranda edam edilib.

Rəsmilər deyir ki, Mahafarid Əmir Xosrovi haqqında edam hökmünün icrası Tehranın Evin həbsxanasında həyata keçirilib.

2.6 milyardlıq fırıldaqçılıq çərçivəsində Xosrovi İranın ən böyük maliyyə institutlarından kredit götürmək üçün saxta sənədlər hazırlatdırmaqda təqsirli bilinib. O, bu pullarla çoxsaylı mülklər, eləcə də poladəritmə şirkəti alıb.

Cinayət işi üzrə 20-dən çox insanın saxlandığı bildirilir. Onlardan çoxunun ömürlük həbs cəzası alacağı gözlənsə də, ən azı üçünə edam hökmü verilib.

Şübhəlilərdən biri Kanadaya qaçmağa müvəffəq olub. Mahmid Rza Xavari İranın əsas banklarından birinin direktoru idi.

Show comments

XS
SM
MD
LG