Accessibility links

İranda peyk antenası qadağasını pozanlar məhkəməyə veriləcək


İranda peyk antenası qadağasını pozanlar məhkəməyə veriləcək
İranda peyk antenası qadağasını pozanlar məhkəməyə veriləcək

Polisin ilk xəbərdarlığından sonra yenidən peyk antenasını quraşdıran vətəndaşlar məsuliyyətə cəlb ediləcək.

İyunun 28-də jurnalistlərə açıqlama verən İran hüquq mühafizə qüvvələri komandanının canişini Əhmədrza Radan peyk antenaları ilə bağlı ciddi xəbərdarlıq edib.

“Media forum” saytının məlumatına görə, polis qüvvələrinin damlardakı peyk antenalarını yığışdırmaq əməliyyatını davam etdirdiyini bildirən Əhmədrza Radan deyib: “Polisin ilk xəbərdarlığından sonra yenidən peyk antenasını quraşdıran vətəndaşlar məsuliyyətə cəlb ediləcək. Peyk antenaları müsadirə edilən vətəndaşlar yenidən gedib onun yerinə başqasını quraşdırsalar və ya bunda israr etsələr, tutulub məhkəməyə veriləcəklər”.

XS
SM
MD
LG