Accessibility links

İran universitetlərində türklərə iki dilli qəzet nəşrinə də icazə verilmir

  • Insafəli Hidayət

İran universitetlərində türklərə iki dilli qəzet nəşrinə də icazə verilmir

İran universitetlərində türklərə iki dilli qəzet nəşrinə də icazə verilmir

Tehran Universiteti və Əmirkəbir Universitetinin rəhbərləri İrandakı türk və azərbaycanlı tələbələrə türk və fars dillərində qəzet nəşr etməyə icazə vermir. Rəhbərlik qəzetin yalnız fars dilində çapını istəyir. Bu barədə İranın fars dilli internet saytları, o cümlədən Gooya Nyuz, Aliyasin İnsan Haqları və İranın İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRA) məlumat yayıb.

Məlumatlarda deyilir ki, universitetlərin rəsmiləri "Öyrənci", "Elçi" və "Öyrənci Baxışı" qəzetlərinin Azərbaycan dilində çapına icazə verməyib. HRA əlavə edir ki, həmən iki universitet rəsmiləri türk və fars dilli qəzetlərin nəşri ilə də razılaşmır.

Xatırladaq ki, artıq "Öyrəci" qəzetinin bağlanmasından dörd il keçir. Belə ki, Əmirkəbir Universitetinin rəhbərləri qəzetin yalnız fars dilində nəşr olunmasına icazə verir. “Öyrənci” qəzeti 1999-cu ildən 2007-ci ilədək hər iki dildə nəşr olunub. İranın son prezidenti Mahmud Əhmədinejadın dövründə digər nəşrlərlə birlikdə bu qəzet də bağlanıb.

Bu təhsil ilinin əvvəlində Tehran Universitetinin həkimlik oxuyan bir qrup tələbəsi iki dilli "Elçi" dərgisinin çapına icazə istəyib, amma universitet rəhbərləri qəzetin yalnız fars dilində nəşrinə razı olub.

"Öyrənci Baxışı” qəzeti 2007-ci ilədək Əmirkəbir Universitetində nəşr olunub. 2008-ci ilin qışında onun çapına yenidən icazə verilib və 6 nömrə çap edildikdən sonra qəzet bağlanıb. Bundan sonra "Öyrənci Baxışı” qəzeti yenidən nəşr edilsə də, birinci nömrəsi yayılandan bir neçə saat sonra təhlükəsizlik məmurları və heç bir səbəb göstərmədən qəzetin bütün nömrələrini yığıb

XS
SM
MD
LG