Accessibility links

İran parlamentinin iki üzvü xanımların universitetdə oxumalarını təhlükə bilir

  • Insafəli Hidayət

İran parlamentinin iki üzvü xanımların universitetdə oxumalarını təhlükə bilir

İran parlamentinin iki üzvü xanımların universitetdə oxumalarını təhlükə bilir

İran parlamentinin "Təhsil və Tədqiqat” Komissiyasının iki üzvü xanımların universitetdə oxumalarını "bir təhlükə" bilir. Ona görə ki, yüksək ali təhsil xanımlar kişilər arasında işsizlərin sayını artırır. "Mərdomək" və "Çeşm Əndaz" saytları və "Mehr Xəbər” agentliyinə istinadən yazır ki, "Şərif Sənəti” Universiteti də (Danişgahi Sənətiyi Şərif) qız və oğlan tələbələri ayıracaq.

Deputat Nurullah Heydəri Dəstnayi qızların universitetdə oxumasını bir təhlükə hesab edir və Ali Təhsil Nazirliyinin siyasətini tənqid edir. “Ali Təhsil Nazirliyinin qızlarla bağlı siyasəti əsasında xanımlara iş yeri yaradılır və bu səbəbdən də kişilər işsiz qalır”. İran Parlamentinin digər deputatı Riza Aştiyani Əraqi hesab edir ki, qızlar təlim və tərbiyə, məktəb müəllimliyi və bunlar kimi ixtisaslara yiyələnməlidir. "Mən universitet tələbələrinin 64 faizinin qız olmasını qəbul etmirəm”, - deyə o etiraz edib.

Deputatlar fikrilərini onunla izah edirlər ki, qanunvericiliyə görə bir iş yerində işçilərin yalnız 16 faizi qadınlar ola bilər. İranın Əmək Nazirliyinin məlumatına görə, hazırda xanımların nisbəti 3 faizdən çox deyil.Bununla yanaşı, İranda universitetlərə qəbul üzrə 2011-ci il imtahanında 1 milyon 138 min nəfər iştirak edib və onların 60.5 faizi xanımlardır. 2008-2009-cu illərdə 525 min tələbə İranın dövlət universitetlərinə qəbul olunub ki, bunların da 54.7 faizi qızlardır.

Xanımların universitetlərdə təhsil almasının əleyhinə olanlara cavab olaraq Şərif Universitetinin rəhbəri Riza Rusta-Azad deyib ki, universitetlərdə qız və oğlan tələbələri ayıracaqlar. İranın Ali Təhsil Naziri Kamran Danişcu bu fikri təsdiq edib və onun icrasını “universitetlərin islami olması məqsədi yolunda addım kimi görür". İranda universitetlərdə oğlan və qızların ayrılması ilə bağlı artıq iki ildir ki, debatlar gedir. İran rəsmiləri bu fikrin icrası üçün bir xeyli universitet müəllimini işdən azad edib. Bir çox elm sahələrində kitabların məzmununu dəyişdirilib və elmi mövzular yerinə islama uyğun fikirlər yerləşdirilib.

XS
SM
MD
LG