Accessibility links

Fərzin Haqpərəst: Azərbaycan vilayətləri arasında mədəni əlaqələr artmalıdır


Fərzin Haqpərəst
Fərzin Haqpərəst
“Ortaq dil və mədəniyyəti paylaşan Zəncan, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətləri xarici ölkələrdə keçirilən festivallar və beynəlxalq mərasimlərə birgə qatılsın”-deyə Şərqi Azərbaycan vilayətinin Mədəni İrs, Əl Sənətləri və Turizm İdarəsinin başqanı Fərzin Haqpərəst dörd Azərbaycan vilayəti arasında mədəni əlaqələrin genişlənməsi istiqamətində zəmin yaradılmasını istəyib.

İran Azərbaycanı xəritəsi
İran Azərbaycanı xəritəsi
“Dörd vilayət mədəniyyət və turizm sahəsində qabiliyyətlərini artırmaq üçün əməkdaşlıq səviyyəsini yüksəltməlidir”-deyə Fərzin Haqpərəst söyləyib.

İRNA xəbər agentliyinə istinadən Haqprərəst bu sözləri dörd vilayətin mədəniyyət və turizm idarələri başqanları arasında keçirilən toplantıda dilə gətirib. O, həmçinin bu vilayətlərdə turizm şirkətləri, media və əlaqədar dövlət orqanlarının xarici turistləri maarifləndirmək üçün birgə layihələr həyata keçirib, birlikdə çalışmalarını təklif edib.
Pəhləvilər və İran İslam Respublikası dönəmində inzibati bölmələrin dəyişdirilməsi ilə əlaqədar Azərbaycan bölgələrində yaranan yeni vilayətlərin adlarından Azərbaycan sözü götürülüb.

Adətən Zəncan, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərindən əlavə Həmədan və Qəzvin vilayətləri, habelə bir neçə başqa vilayətdə yerləşən bəzi şəhərlər İranın Azərbaycan bölgələri olaraq tanınır. İran dövlətinə bağlı “Ümumi Mədəniyyət Şurası”nın göstəricilərinə görə bu altı vilayətdə yaşayan əhalinin əksəriyyətini türklər təşkil edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG