Accessibility links

İranda nüvə alimi qətlə yetirilib

  • Amerikanın səsi

İranda nüvə alimi qətlə yetirilib

İranda nüvə alimi qətlə yetirilib

Iranın dövlətə məxsus mətbuatı Tehranda nüvə aliminin qətlə yetirildiyi haqda məlumat verib. Alimin evinin qarşısında motosikletdə olan naməlum şəxslər tərəfindən qətlə yetirildiyi bildirilir. İSNA xəbər agentiyi alimin Dərayuşi Rezaiye olduğu haqda məlumat verib. Alimin həyat yoldaşının hücum zamanı yaralandığı bidirilir. Keçən il İran rəsmiləri ölkənin tanınmış nüvə aliminin həlak olduğu bomba hücumuna görə İsraili ittiham etmşdir. Mətbuatda verilmiş məlumatlara əsasən, hər iki halda motosikletdə olan şəxslər partlayıcı maddələri alimlərin maşınına yerləşdirib. İranın kəşfiyyat nazirliyi hücumlarla bağlı 10-dan çox adamın həbs edildiyini bildirib. Nazirlik şübhəli bilinənlərin İsrailin Mossad kəşfiyyat agentliyi ilə əlaqəsi olduğunu deyir. İsrail işdə əli olduğunu rədd edir.

XS
SM
MD
LG