Accessibility links

İranın yeni prezidenti Həsən Ruhani oldu [Yenilənib]


İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar islahatçı ruhani Həsən Ruhanini dünən keçirilən prezident seçkilərinin qalibi elan edib. Ekspertlər bunu ölkənin sərtxətt tərəfdarı ruhaniləri üzərində sürpriz qələbə hesab edir.

Nüfuzlu islaharçı ruhani və nüvə danışıqları üzrə sabir baş nümayəndə olan Ruhani hesablanan 37 milyon nəfərin səsinin təxminən 19 milyonunu əldə edib. O, 50 faizdən azacıq çox səs toplayaraq ikinci raund seçkilərinin keçirilməsinin qarşısını almağa nail olub. Tehran meri Bağır Qalibaf 16 faizlə ikinci yerdədir.

Dünənki seçkilərdə təxminən 50 milyon iranlı seçici statusuna malik idi və İran mediası onların 75-80 faizinin səsvermə hüququndan istifadə etdiyini bildirib.

Qələbə üçün namizəd ən az 50 faiz səs toplamalıdır, əks təqdirdə gələn cümə günü ikinci raund seçkilər keçirilə bilər.

Analitiklər deyir ki, səsverməyə böyük maraq mötədil namizəd Ruhaninin nümizədliyi ilə bağlı ola bilər.
XS
SM
MD
LG