Accessibility links

İranın müxtəlif şəhərlərində azərbaycanlı siyasi fəaallar saxlanıb

  • Insafəli Hidayət

İranın müxtəlif şəhərlərində azərbaycanlı siyasi fəaallar saxlanıb

İranın müxtəlif şəhərlərində azərbaycanlı siyasi fəaallar saxlanıb

İran Azərbaycanının şəhərlərini bürüyən həbs dalğası 2006-cı il May hadisələrinin dördüncü il dönümünə təsadüf edir. Urmiyədə, Miyandabda, Ərdəbildə, Parsabadda, Makıda və başqa şəhərlərdə tutulanların sayının ondan çox olduğu deyilir.

Savalan səsinin yaydığı xəbərə görə Urmiyəli həkim Əlirza Abdullahi öz xəstələrini yoxladığı vaxt, əmniyyət məmurları onun iş yerinə basqın ediblər. Məmurlar, həkimi saxlayandan sonra, onun iş yerində və evində axtarış aparıblar. Olar, həkim Əlirzaya aid olan bəzi əşyaları aparıblar.

Xəbərdə deyilir ki, onun ailəsi əmniyyət və ədliyyə məqamlarına müraciət edib həkimin tutulma səbəbini soruşanda, aldıqları cavab belə olub ki, Əlirzanı Təbrizin əmniyyət məqamlarının tələbi əsasında tutub Təbriz şəhərinə göndəriblər ancaq tutulma səbəbi barədə məlumatları yoxdur.

Azərbaycanlı həkimin hansı səbəbə görə tutulması, irəli sürülən ittiham və tutulma əmrini kimin verməsi barədə heç bir məlumat tapılmayıb.

İran islahçılarının "Novruz" adlı qazeti isə yazır ki Ərdəbil əyalətinin Parsabad şəhərindən olan Rəşt şəhərinin universitət tələbəsi Siyamək Mirzayi həbs olunub. Novruzun xəbərinə əsasən, Rəştin İttilaat məmurları onu saxlayıb və Ərdəbil şəhərində ki ittilaat idarəsinə təhvil veriblər. Ərdəbilin məmurları ona aid olan aşyaları yoxlamaq məqsədilə, onun atasının evinə gediblər. Bundan dolayı, məmurlar, Siyaməkin ailəsinə, onun tutulması barədə xəbər veriblər və qeyd ediblər ki, Ərdəbil məhkəmələrinin 5- inci şöbəsi, ona ittihamlar irəli sürüb. Məmurların əlindəki hökmə görə siyaməkin ittihamı "Türk etnik qruplarından tərəfdarlıq etməsi" dir.

Bu arada, HARANA, Savalan səsi və çoxlu xəbər sitələri yazır ki, Təbriz universitetində ədliyyə vəkilliyi sahəsində oxuyan Aydın Xaceyi tutulub. Aydının özü evlərinə telefon açıb və ittilaat məmurlarının onu tutmasını xəbər verib.

Onun dediğinə əsasən, Təbrizin ittilaatı onu bir nəfərlik kamerada saxlayır. Xaceyi əvvəlcə də bir nəçə dəfə tutulub və həbsə məhkum olub, bir il zindanda cəza çəkib. O iki il də izafə zindan hökmü altında idi. Bu mənada ki,o bir daha məhkum olsa, həmən təxirə salınmış şərti həbs cəzası da icra olunmalıdır. Aydının indiki ittihamı barədə məlumat yoxdur amma o əvvəlcə "Azərbaycan tələbə hərəkatının veb sitəsini" idarə etməkdə ittihama məruz qalmışdı.

Bu günlərdə Miyandablı Behbud Qulizadə də tutulub. İttilaat məmurları onu, iş yerində tutub və oranı axtarandan sonra, ona məxsus olan kompyuter, CD və yazıları aparıblar. Behbudun ailəsi, ondan xəbər almaq üçün, ittilaat idarəsinə gediblər amma məmurlar onun ittihamına və harda saxlanmasına dair, heç bir məlumat vermayiblər. Bu xəbəri də HARANA və bir sıra xəbər sitələri yayıblar. Quluzadə bir neçə ay əvvəl bağlanmış qeyri-dövlət təşkilatı "Yaşıl Azərbaycan Cəmiyəti"nin rəhbəri idi.

Həmən mənbələr yazırlar ki, Makılı şair və müəllim " Bəhmən Nəsirzadə" də tutulub. Əmniyyət məmurları səhər saat 2-də onun evinə basqın ediblər. O məhkəmə qərarını görməyi tələb etsə də məmurlar ona heç bir əmr göstərməyiblər. Bəhməni tutandan sonra, onun evində axtarış aparıb, kampyuterini, əl yazmalarını, şeirlərini, filmlərini və CD-lərini götürüblər. Bəhməniyə qarşı irəli sürülən ittiham və onun harada saxlanması məlum deyil amma Azərbaycan siyası fəaalları iddia edirlər ki bu tutulmaların hamısı, İran- Azərbaycanlılarının, Türklərə qarşı təhkirəmiz karikaturaların çapınına qarşı həyata keçirdikləri etiraz nümayişlərinin 4-cü il dönümü ilə bağlıdır.

Bir sıra saytların verdikləri xəbərlərə görə yuxarıdakılara əlavə olaraq ən azı 10 siyasi və mədəni İran - Azərbaycanlı fəaal saxlanıblar.

XS
SM
MD
LG