Accessibility links

Iranlı ayətullah Azərbaycan hakimiyyətini tənqid edib


Iranlı ayətullah Azərbaycan hakimiyyətini tənqid edib

Iranlı ayətullah Azərbaycan hakimiyyətini tənqid edib

Axund Məkarim Şirazi Azərbaycan Respublikasının rəsmilərini islamın kökünü kəsməkdə günahlandırıb.

Yanvarın 4-də İranın Qum şəhərində dediyi dərs zamanı ayətullah Nasir Məkarim Şirazı Azərbaycan Respublikasının rəsmilərinə qarşı sərt bəyanatlar səsləndirib. Həmin Ayətullahın saytında da onun bu dərsdə Azərbaycanın ünvanına dediyi təngidlər yerləşdirilib. Bu saytda Ayətullahın dərsində Azərbaycan Respublikasından insanların da olduğu bildirilib.

“Media forum” saytının məlumatına görə, bölgə şiələrinin “məzlumluğundan” danışan axund Məkarim Şirazi Azərbaycan Respublikasının rəsmilərini islamın kökünü kəsməkdə günahlandırıb: “Hamı bilməlidir ki, dünya şiələri ən məzlum insanlardan sayılırlar. Onların bir qrupu Bəhreyndə, bir qrupu Qətifdə (Səudiyyə Ərəbistanda çoxlu şiənin yaşadığı şəhər – red.), digər bir qrupu isə Azərbaycanda zalımların təzyiqi altında yaşayır. Azərbaycan rəhbərləri dinsiz kommunist sisteminin qalıqlarıdır və onların niyyəti islama qarşı çıxmaq, şiələrə əziyyət verməkdir. O, Azərbaycan hakimiyyətinin hicabla mübarizə, şiə liderlərini həbs etmək və islami kitabların nəşrinin qarşısını almaqla öz köklərinə balta vurduğunu irəli sürüb.

Azərbaycan hakimiyyətinin rəhbərləri şiələrə qarşı üç məqsədi həyata keçirmək niyyətindədir: hicabla mübarizə aparmaq, şiə rəhbərlərini həbsə salmaq və islami kitabların nəşrinin qarşısını almaq. Onlar islam və şiəliyin kökünü qazmaq ümidində olsalar da, əslində böyük səhvə yol verir, öz köklərinə balta vururlar. Onlar bilməlidir ki, şiələr “Seyidüşşühəda” məktəbinin yetirmələridir və zülm qarşısında sakit durmayacaqlar. Mən onlara tövsiyə edirəm: öz xalqınızla yola gedin və məhbusları azad edin. Çünki indiki vəziyyətin sonu sizin üçün təhlükəli olacaq. Bizim hansısa bir ölkənin siyasəti ilə işimiz yoxdur. Harada şiə müsəlmanı varsa, orada din alimləri də var. Din alimləri sərhədsiz həkimlərdir”.

Öz növbəsində, rəsmi Bakı ölkədə din azadlığının təmin edildiyini bəyan edir. “Azərbaycan dünyanın tolerant ölkəsidir. Burada bütün dinlərin azadlığı təmin edilib. İnsanlar din seçməkdə azaddır və dini mənsubiyyətə görə hər hansı təqib yoxdur”, - deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov bildirib. Məkarim Şirazın saytında yazıldığına görə o dərsdəki çıxışında əyatullahların bəyanatlarının və çıxışlarının sərhəd və zamanla məhdudlaşmadığını buna görə də başqa bir ölkənin daxili işlərinə müdaxilə sayıla bilməyəcəyini her yerdə dindarların hüquqlarını müdafiə hüquqları olduğunu deyib.

Azərbaycan konstitusiyasına görə, din dövlətdən ayrıdır və dini qurum adı altında siyasətlə məşğul olmaq qadağandır. Rəsmi Bakı eyni zamanda ölkədə dini ekstremizmin və xurafatın yayılmasına imkan verməyəcəyini bildirib.

XS
SM
MD
LG