Accessibility links

İran həbsxanalarından azad olunmuş 4 amerikalı yanvarın 17-də Tehranı tərk ediblər. Bu barədə bu gün İran dövlət mediası məlumat yayıb. Həmin amerikalılar məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılıblar.

Onlar “Washington Post” qəzetinin Tehran bürosunun rəhbəri Jeyson Rzayan, Aydaho ştatından keşiş Said Abedini, keçmiş dəniz piyadası Amir Hikməti və Nüsrətullah Xosravi-Rudsaridir.

ABŞ mediası adı çəkilməyən rəsmiyə istinadla yazır ki, həmin 4 nəfər Tehranı İsveçrə təyyarəsində tərk ediblər.

“Washington Post” Rzayanın həyat yoldaşı Yeganə Salehi ilə birlikdə İrandan “sağ-salamat” çıxdığını təsdiqləyib. Rzayan casusluq ittihamıyla bir ildən artıq həbsdə qalıb.

Beşinci məhbus, Matthew Trevithick adlı amerikalı tələbə isə ayrıca buraxılıb.

Yanvarın 16-da İrana beynəlxalq sanksiyalar qaldırılan gün İran 5 amerikalı məhbusu buraxdığını elan edib. ABŞ da 7 iranlını əfv edib.

XS
SM
MD
LG