Accessibility links

"İranla bütün görüşlərdə amerikalıların azad edilməsi məsələsini qaldırmışıq"


ABŞ dövlət katibi Con Kerrinin sözlərinə görə, ABŞ İranda hələ də həbsdə olan 4 amerikalının məsələsini Vyanada İranla keçirilən bütün nüvə danışıqları zamanaı qaldırıb.

"Amerika vətəndaşlarının həbsdə saxlanması məsələsini qaldırmadığımız bir görüş də olmayıb" - deyə cənab Kerri MSNBC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, məsələ hətta İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Vyanada keçirilən son görüşdə də müzakirə olunub. Bu görüş tarixi nüvə razılaşması ələ olunduğu bəyan ediləndən əvvəl keçirilən son görüş olub.

"Biz çox, çox ümidliyik ki, İran düzgün addım atmaq qərarı verəcək və bu vətəndaşlarımızı ABŞ geri qaytaracaq" - deyə Kerri bildirib.

Obama administrasiyası bildirib ki, Vaşinqton Post-un müxbiri Ceyson Rezayan, ABŞ hərbi dəniz piyadası Əmir Hikməti, xristian keşiş Səid Abedini və sabiq FBI agenti Robert Levinsonun sərbəst buraxılması səyləri nüvə danışıqların ilə əlaqəli olmayacaq.

Keçən il saxlanılan Rezayan casusluqda ittiham olunur. 2012-ci ildə həbs edilən Abedini xristian ibadət mərasimlərinə rəhbərlik etməkdə günahlandırılır. 2011-ci ildə anasını ziyarət etmək üçün İrana gedən zamana saxlanılan ehtiyatda olan ABŞ dəniz piyadası Hikməti casusluqda günahkar bilinərək ölüm cəzasına məhkum edilib. 2007-ci ildən yoxa çıxan Levinsonun isə harada olması barədə hələ də dəqiq məlumat yoxdur.

XS
SM
MD
LG