Accessibility links

İranla nüvə danışıqları davam edir


Tərəflərin tətbiq etdiyi yeni möhlət tarixi cümə günü başa çatır

İranın nüvə proqramı üzərində hərtərəfli beynəlxalq razılıq əldə etmək üçün aparılan danışıqlar bu gün də davam edir. Tərəflərin tətbiq etdiyi yeni möhlət tarixi isə cümə günü başa çatır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, hər iki tərəf saziş imzalamaq ərəfəsindədir, amma BMT-tnn İrana qarşı tətbiq etdiyi silah embarqosunun qaldırılması məsələsi Qərb dövlətləri üçün həssas nöqtə olaraq qalır.

"Biz saziş imzalanandan dərhal sonra silah embarqosunun qaldırılmasının tərəfdarıyıq. Hətta biz hamımız İranın İslam Dövlətinə qarşı mübarizəyə dəstək olduğunun və bütün dünyanı bu təhlükədən qurtarmaq üçün səylər göstərdiyinin şahidiyik. Silah embarqosunun aradan qaldırılması İranın terrorla mübarizədə hərbi imkanlarını yüksəltməyə imkan yaradacaq,” deyə cənab Lavrov bildirib.

Razılıq əldə olunsa, İranın nüvə proqramını məhdudlaşdırması müqabilində bu ölkəyə qarşı iqtisadi sanksiyalar aradan qaldırılacaq.

İran nüvə proqramının tibbi araşdırma və enerji istehsalı kimi dinc məqsədlər üçün istifadə olunduğunu israrla bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG