Accessibility links

Avropa Birliyinin Xarici Siyasət şöbəsinin rəhbəri deyir ki, İran və dünyanın 6 qüdrətli dövləti ilə danışıqlar bu gün heç bir razılıq əldə olunmadan bitib və növbəti raund danışıqların keçirilməsi planlaşdırılmayıb.

Katerin Aştonun sözlərinə görə, Qazaxıstanda keçirilən danışıqların ikinci və sonuncu günü hər iki tərəfin mövqeyini fərqləndirən böyük fikir ayrılıqları olub.

Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov deyib ki, növbəti danışıqların nə zaman keçirilməsi barədə də razılığa gəlinməyib.

Qazaxıstanın keçmiş paytaxtı Almatı şəhərində keçirilən iki günlük toplantı zamanı dünya qüdrətləri Tehranın nüvə proqramı ilə bağlı İranla güzəşt əldə olunacağına ümid edirdi.
XS
SM
MD
LG