Accessibility links

Avropa Birliyi bildirir ki, dünyanın qüdrətli dövlətlərinin keçən ay İranla əldə edilmiş müvəqqəti nüvə sazişini tətbiq edə bilməsi üçün hələ çox iş görülməlidir.

P5+1 adlanan qrupa daxil ölkələrin və İranın rəsmiləri "İstiqamət" sazişinin detallarını müzakirə etmək üçün bu həftə Vyanada 4 günlük danışıqlar aparıblar. Saziç İranın nüvə proqramını dayandırması qarşılığında Tehrana qarşı sanksiyaların azaltdılması məqsədi daşıyır.

Avropa Birliyinin xarici siyasət rəhbəri Ketrin Eştonun sözçüsü danışıqları "uzun və detallı" adlandırıb. Ancaq o deyib ki, ancaq "müzakirə olunan texniki məsələlərin qəlizliyi" səbəbilə daha çox iş görməyə ehtiyac yarandığı aydın olub.
XS
SM
MD
LG