Accessibility links

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə
ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Iranla təmasları kəsən şirkətlərin sayı artır. Beynəlxalq miqyasda dörd böyük neft şirkəti—Fransanın Total, Norveçin Satoyl, İtaliyanın Emi, Hollandiyanın Krallıq və Britaniya krallıq Şell şirkəti İranın enerji sektoruna sərmayə qoyuluşunu dayandıracaqlarına vəd veriblər. Birləşmiş Ştatlar dövlət katibini müavini Ceyms Steyinberq deyib ki, İran hökuməti enerji sektorundan əldə etdiyi maliyyə vəsaitlərini şübhəli nüvə proqramına sərf edir. Ceyms Steynberq: “Bu 4 şirkət İranda fəaliyyətlərini artıq dayandırıb, ya da dayandıracaqları barədə bizə təminat verib. Onlar həmçinin Iranın yeni enerji resurslarında iş aparmayacaqlarını bildiriblər.

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə
ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

”Dövlət katibinin müavini Steynberq qeyd edib ki, İranın nüvə programı dünyanın bir hisəsinin təhlükəsizliyinə, sabitliyinə, bizim marağlarımıza və qlobal iqtisadiyyata ciddi təhlükə törədir. O, əlavə edib ki, biz beynəlxalq ictimiyyətin İranla ticarət əlaqələrini kəsməklə onun iqtisadiyatına mənfi təsir göstərəcəyinə inanırıq. Müxtəlif bölgələr isə BMT Təhlükəsizlik Şurasının sanksiyalarına əsasən, həm də birtərəfli qaydada sanksiylar tətbiq edir. Buna səbəb İranın beynəlxalq ictimiyyət qarşısında götrürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmasıdır. O, artıq bu mənfi təsirləri hiss edir. Ceyms Steinberq: “Təkcə enerji sahəsində deyil, istər maliyyə sektorunda olsun, istərsə də daşınma və nəqliyyat sektorunda bu ölçülərin İrana ciddi təsirlərinin olması barədə bizdə yaxşı göstəricilər var. Onların bizneslə məşğul olmasına müxtəlif yollarla əngəl törədilməsinə şübhə yoxdur.” Dövlət katibinin müavini Steyinberq deyir ki, Iran üçün bu fəsadlar getdikcə ciddi xarakter alır. Bir çox şirkətlər İranla əməkdaşlığın riskli olduğunu artıq dərk edir. İran hökməti də nüvə programına bu nəticələrin təsirini hiss edir. Burada İran üçün irəliyə doğru addım atmaq üçün şans var. Dövlət katibinin müavini cənab Steynberq deyir: "bizim məqsədimiz İrana tutduğu yolun ona baha başa gələcəyini çatdırmaqdır."

XS
SM
MD
LG