Accessibility links

İranda ticarət və reklamlarda xarici adlarla bərabər türk adları da qadağan olunub


İranda ticarət və reklamlarda xarici adlarla bərabər türk adları da qadağan olunub
İranda ticarət və reklamlarda xarici adlarla bərabər türk adları da qadağan olunub

"Fərhəng və İrşad" nazirliyinin saytında "Ticari və Reklam" mahiyyətli adların siyahısı açıqlanıb

İranın "Fərhəng və İrşad" və ya Mədəniyyət Nazirliyi öz saytında İranda qəbul olunan "Ticari və Reklam" mahiyyətli adların siyahısını nəşr edib. Siyahıda ingilis, fransız, ərəb və digər xarici dillərdən əlavə, İran xalqlarının dillərində olan adların bir hissəsi "qeyri-fars" başlığı altında xarici sözlər adlandırılıb. Bu sözlərin siyahısına alma, ana, Aysuda, Aynaz, Aylar, Barlı, Burda, Bitana, Taysız, Cansu, Dayna, Dəniz, Sona, Sevin, Qaratel kimi adlara yer verilib. Bu siyahıda 830 addan bəhs olunur ki, onlardan 168-i fars dilindədir və istifadəsi azaddır

Siyahı qeyri-fars adlara qadağanın qüvvəyə mindiyii tarixi ) nazirliyinin saytında qeyd edilmir. Sadəcə, 1997-ci ildə (1375) qəbul olunan qanuna istinad edir. Bu qanunda xarici sözlər və adların İran dövlətinə bağlı olan və müstəqil şirkətlər, mağazalar və iş yerlərinin adlarında və reklamlarında istifadə olunması qəbul edilmir. Bu məlumat nazirliyin saytında yerləşdirib. Həmin qanunda deyilir ki, İranda istehsal edilən məhsulların adlarında və reklamlarında xarici sözlərin işlənməsi qadağandır.

Qadağan edilən adların farsca olub-olmamasını,Kültür Nazirliyi müəyyən etmir. Onlar Fars Fərhəngistanı, yəni Fars Kültür Mərkəzinə göndərilir və oradan alınan cavaba əsasən qərar qəbul edilir. Siyahıda Cərəs, Restoran, Sayan, Siz və Horand kimi kəlmələr fars sözləri adlanır. İran azərbaycanlılarının Alma, Ana, Sona, Dəniz kimi kəlmələrdən öz iş yerlərininin adında istifadə etmələri qadağandır.

Nazirlik 662 qadağan edilən addan ikisindən istifadəyə şərt əsasında icazə verir. "Aynaz" kəlməsindən İranın türk mahallarında işlənməsi və digər mahallarda istifadə edilməməsi şərti ilə işlədilməsinə icazə verilir. İkinci ad "Kalber" kəlməsidir. Nazirlik bildirir ki, kalber sözündən istifadə yanında "bu ad Sistan və Bəlucistan əyalətində bir kənd adıdır yazılmaqla istifadə edilməsinə yol verilir."

XS
SM
MD
LG