Accessibility links

Iranın elitar İnqilab Qvardiyası bu gün Iran Körfəzində hərbi təlimlərini davam etdirib


Hüseyin Salami hərbi təlimlərin məqsədinin təhlükəsizliyin təmin edilməsi olduğunu deyib

İranın dövlət televiziyası xəbər verib ki, ölkənin elitar İnqilab Qvardiyasının bu gün Iran Körfəzində hərbi təlimlərin bir hissəsi olaraq beş raket atıb. Televiziya ilə yayımlanan reportajda sahildən eyni zamanda atılan raketlərin dənizdəki bir hədəfi nişan aldığı nümayiş etdirilib. Fars Xəbər Agentliyi isə dünən böyük gəmiləri məhv etmək qabiliyyətinə malik yaxın mənzilli raketlər təlimlər zamanı göstəriləcəyini bildirmişdi. İnqilab Qvardiyası başçısının müavini Hüseyin Salami keçən həftənin cümə axşamından başlayan hərbi təlimlərin məqsədinin təhlükəsizliyin təmin edilməsi olduğunu deyib. İran təlimlərı dünya neftinin 40 faizini daşındığı strateji Hörmüz boğazında keçirir.

XS
SM
MD
LG