Accessibility links

Iranın Hərbi-Dəniz Donanması təlimlərə başlayacağını bildirib


Ordu komandiri Həbibulla Səyari deyib ki,təlimlərdə hərbi hava və sualtı qüvvələr də iştirak edəcək

İranın hərbi-dəniz donanması rəsmilərinin bildridiyinə görə, Fars Körfəzi və Oman dənizində səkkiz günlük hərbi təlimlərə başlanacaq. Bu gün Əl-Əlam dövlət televiziyasına verdiyi müsahibədə İranın ordu komandiri Həbibulla Səyari deyib ki, hərbi hava və sualtı qüvvələrin də iştirak edəcəyi təlimlər çərşənbə günü başlayacaq. O, bu təlimlərin İranın hərbi dəniz qüvvələrinin özünümüdafiə məqsədi ilə keçirdiyini deyib. Bu təlimlər İranın İnqolab Qvardiyasının Körfəz, Oman dənizi və Hörmüz boğazında keçirdiyi təlimlərdən iki həftə sonraya təsadüf edir. Bu arada yarı-rəsmi Fars xəbər agentliyinin bügünkü açıqlamasında hərbi-dəniz qüvvələrinin komandiri Iran təyyarəsinin Oman dənizində ABŞ Donanmasına məxsus təyyarədaşıyan gəminin üzərindən uçduğunu təsdiq edib.

XS
SM
MD
LG