Accessibility links

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Yaponiyadakı nüvə konfransında iştirak etməyəcək

  • Cəmilə Aydın

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Yaponiyadakı nüvə konfransında iştirak etməyəcək

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Yaponiyadakı nüvə konfransında iştirak etməyəcək

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Yaponiyadakı nüvə konfransında iştirak planını ləğv edib

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Yaponiyadakı nüvə konfransında iştirak planını ləğv edib. Cənab Xatəminin vəkili Mahmud Əlizadə Təbatəbəyi islahatçı siyasətçinin səyahətinə qadağa qoyulması xəbərini təkzib edib. İranın İLNA xəbər agentliyi Təbatəbəyiyə istinadən bildirib ki, belə əmr yalnız məhkəmə qərarı əsasında verilə bilər. Cənab Xatəmiyə qarşı belə bir əmr verilməyib. İranda İnsan Hüquqları naminə Beynəlxalq Təşəbbüsə əsasən isə təhlükəsizlik və kəşfiyyat agentləri dəfələrlə fəalların və siyasətçilərin pasportlarını məhkəmə qərarı olmadan müsadirə ediblər.

Cənab Xatəmi Keçən il İrandakı mübahisəli prezident seçkiləri zamanı məğlub namizəd Mir Hüseyn Musavinin ən əsas tərəfdarı olub. Kəçən ay da cənab Xatəminin ölkəni tərk etməsinin qadağan olunması barədə xəbər verilmişdi.

XS
SM
MD
LG