Accessibility links

İranın yük təyyarəsində qeyri-qanuni heç bir şey aşkar edilməyib

  • Amerikanın səsi

İranın yük təyyarəsində qeyri-qanuni heç bir şey aşkar edilməyib

İranın yük təyyarəsində qeyri-qanuni heç bir şey aşkar edilməyib

Türkiyə rəsmiləri Diyarbəkirdə enmək göstərişi verilən İranın yük təyyarəsində qeyri-qanuni heç bir şey aşkar edilmədiyini bəyan edib. Təyyarənin Suriyaya silah daşıdığından şübhələnilirdi. İsrailin baş naziri Ehud Barak təyyarənin endirildiyindən xəbərdar olduğunu və Türkiyənin lazimı təftiş aparacağına inandığını deyib. Türkiyənin Xarici İşlər Nazirliyi bildirir ki, hadisə dünən axşam bax verib. İnsidentdən bir müddət əvvəl İsrail İrandan Qəzza Zolağındakı fələstinli yaraqlılara silah aparan karqo gəmisini ələ keçirdiyini açıqlamışdı. İsrail rəsmiləri bildirib ki, gəmi Suriyadan yola düşüb və Aralıq dənizinə daxil olmamışdan əvvəl Türkiyədə dayanıb.

XS
SM
MD
LG