Accessibility links

İran prezidenti ABŞ və İsrailin təsirindən uzaq yeni Yaxın şərqin yaranmaqda olduğunu söyləyib (yenilənib)


İran prezidenti ABŞ və İsrailin təsirindən uzaq yeni Yaxın şərqin yaranmaqda olduğunu söyləyib (yenilənib)

İran prezidenti ABŞ və İsrailin təsirindən uzaq yeni Yaxın şərqin yaranmaqda olduğunu söyləyib (yenilənib)

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsğər Sultaniyyə deyib ki, sentrifuqa hissələrinin istehsalı ilə məşğul olan zavodların yoxlanmasına icazə vermək ölkələrin nüvə silahlarının yayılmamasına dair beynəlxalq öhdəliklərinə şamil edilmir.

İranın dövlətin nəzarətindəki mediasının bildirdiyinə görə İran Prezidenti Mahmud Əhmədinəjad ölkənin Sistan-Bəlucistan əyalətinə səfəri zamanı deyib ki, İran və regiondakı digər dövlətlər ABŞ və onun partnyorlarının, onun dediyi kimi desək, "müstəmləkəçi və təşəxxüslü" siyasətlərindən razı deyillər. İran prezidenti ABŞ və İsrailin təsirindən uzaq yeni Yaxın şərqin yaranmaqda olduğunu söyləyib. O bu ayın əvvəllərində də ABŞ prezidenti Barak Obama hökumətinin siyasətlərini birbaşa təngid etmiş bu siyasətləri Yaxın Şərq məsələlərinə müdaxilə adlandırmışdı

Bu arada İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsğər Sultaniyyə jurnalistlərə deyib ki, agentliyin müfəttişlərinin Tehranın “Taba” zavodunda yoxlama aparmasına icazə verilməyəcək.

İran hakimiyyətinin ən böyük müxalif qrupu sayılan Xalq Mücahidləri Təşkilatının sözçüləri Tehranın yaxınlığındakı “Taba” zavodunda uranın zənginləşdirilməsində istifadə edilən on minlərlə sentrifuqanın istehsal olunduğunu iddia ediblər. Təşkilat sözçüləri İran hökumətinin son 5 ildə “Taba” zavodunda bu işlə gizli şəkildə məşğul olduğunu deyiblər.

“Media forum” saytının məlumatına görə, Əli Əsğər Sultaniyyə deyib ki, sentrifuqa hissələrinin istehsalı ilə məşğul olan zavodların yoxlanmasına icazə vermək ölkələrin nüvə silahlarının yayılmamasına dair beynəlxalq öhdəliklərinə şamil edilmir: “Nüvə silahlarının yayılmamasına dair müqaviləyə əsasən, sentrifuqaların hissələrini yoxlamağa ehtiyac yoxdur. Yoxlanılması lazım olan yeganə şey sentrifuqaların özüdür ki, onlar da ardıcıl olaraq yoxlanılır. Biz agentlik müfəttişlərinin Tehrandakı “Taba” zavodunda yoxlama aparmasına icazə verməyəcəyik”.

Xatırladaq ki, İran müxalif Xalq Mücahidləri Təşkilatını terrorçu təşkilat adlandırır Amerikanın səsinin xəbər mərkəzinin bildirdiyinə görə İran Avropa ölkələrini təşkilatla bağlı mövqeylərini nəzərdən keçirtməyə çağırır. Xalq Mücahidləri Təşkilatının çoxlu üzvü İraqda Bağdad Yaxınlığında yerləşən və İran- İraq müharibəsindən qalan Əşrəf adlı düşərgəda yaşayır. Cümə günü düşərgənin sakinləri ilə baş verən hadisə nəticəsində İraq hərbçiləri bu düşərgəyə basqın etmişdilər. Bu hadisə nəticəsində on nəfərin həlak olduğu deyilsə də təşkilat həyatını itirənlərin sayının daha yüksək olduğunu deyir.

XS
SM
MD
LG