Accessibility links

İraqda təriqətlərarası zorakılıqlar artır


Bağdaddakı qəhvə dükanı yaxınlığında bomba hücumu nəticəsində həlak olan 10 gənc insanın şəkli nümayiş etdirilir. İraqda terror hücumlarının hədəfinə çevrilən mağaza və restorablar işini dayandırmalı olur.

İnsanlar itirdikləri əzizləri və normal həyatları üçün matəm saxlayır. Bağdad sakini “Əhməd: “Bir vaxtlar buraya deyib-gülmək üçün toplaşardıq. Indi həmin bu yerdə gül kimi gənclərimiz öldürülür. Onların günahı nədir?”

Bu suala cavab tapmayanlar az deyil.

Londonda yerləşən Chatham House siyasət institutundan Heydər Əl- Xoi deyir ki, 2007-ci ildə sünni və şiə təriqətləri arasındakı münaqişənin baş qaldırmasından bəri zorakılıqlar vüsət alıb. “İndi baş verənlər əvvəlkilərlə eyni deyil. Zorakılıqların əksəriyyəti Əl-Qaidə tərəfindən həm sünnilər, həm də şiəyələrə qarşı yönəlib.”

Əl-Xoinin dediyinə görə, şiələrin başçılıq etdiyi hökumət vəziyyəti daha da ağırlaşdırır.“Əl-Qaidə sünnilərin məskunlaşdığı bölgələrdə fəaliyyət göstərir. Hökumətin cavab tədbirləri də həmin bölgələrdə həyata keçirilir. Bu, adi sünnilərin etirazını artırmaqla yanaşı, Əl-Qaidəni daha da gücləndirir.”

Britaniyanın Əfqanıstan və İraqdakı qüvvələrinin sabiq komandiri Riçard Kempin dediyinə görə,İraq hökuməti strateji səhvə yol verib.“Onlar NATO, Britaniya və Amerikanın hərbi mövcudluğuna etiraz edən Oyanış Şuralarını tərk etməklə yeganə effektiv aləti itirmiş oldular.”

Suriyadakı vətəndaş müharibəsi İraq problemini daha da dərinləşdirir. Bu, Hedər Əl-Xoinin fikridir. “Regionda transmilli təkəbbürə malik olan cihadçıların dəstəkləməsi İraqdakı Əl-Qaidə ilə Suriydakı Əl-Qaidənin birləşməsinə yardım edib. Bu da öz növbəsində onların fəliyyətini asanlaşdırıb.”

Bu yaxınlarda ABŞ-da səfər də olan İraqın baş naxiri Nuri Əl-Maliki Əl-Qaidə ilə mübarizə üçün Amerikadan əlavə yardım istəmişdi.

Polkovnik Kemp isə hesab edir ki, terrorçu qrupun istinad nöqtəsini tapmasına İraq liderlərinin çıxılmaz duruma düşmüş vəziyyəti düzəldə bilməməsi yol açıb. “Maliki sünni və kürdlərin iqtisadi gücün desentrallaşması tələbinə məhəl qoymadan vaxtının çox hissəsini öz qüdrətinin artırılmasına sərf edir.”

İraq qanunvericiləri ümimmilli seçkilərin gələn ilin aprel ayında keçirilməsi qərarını təsdiq edib. Onlar bu yolla İraın siyasi çıxılmazlıq və təriqət müharibəsinəsürüklənməkdən xilas ediləklərinə ümid bəsləyirlər.
XS
SM
MD
LG