Accessibility links

İraqda güclü partlayışlar baş verib


İraqın bir neçə şəhərində Şiə müsəlmanları illik dini yürüş keçirən zaman partlayışlar baş verib. İraq rəsmiləri bu il ölkənin ən dəhşətli zorakılığında təxminən 72 nəfərin həlak olduğunu deyib.

Rəsmilər ayrılıqda dörd partlayışın Bağdad və şəhərin ətrafında Şiə zəvvarlarını hədəf aldığını və təxminən 19 nəfərin ölümünə səbəb olduğunu deyib. Bu arada avtomobildə yerləşdirilmiş bomba partlayışı Şiələrin üstünlük təşkil etdiyi Balad şəhərində təxminən beş nəfəri öldürüb.

Rəsmilər ölkənin mərkəzində yerləşən Hilla şəhərində baş verən partlayışlarda təxminən 21 nəfərin, şimalda, Kərkük şəhərində isə partlayış nəticəsində təxminən bir nəfərin öldüyünü deyib. Başqa ölümcül partlayışların Taci, Bagüba, Əziziyə və Kərbəla şəhərlərini hədəf aldığı deyilir. İraqlı Şiə zəvvarlar ölkənin böyük şəhərlərində yeddinci əsrdə vəfat etmiş imamlarının xatirəsini yad etmək məqsədilə yürüş keçirmək üçün toplaşıb.

XS
SM
MD
LG