Accessibility links

İraqda intiharçı hücumu nəticəsində 53 şiə zəvvar həlak olub

  • Amerikanın səsi

İraqda intiharçı hücumu nəticəsində 53 şiə zəvvar həlak olub

İraqda intiharçı hücumu nəticəsində 53 şiə zəvvar həlak olub

İraqın cənubunda Bəsrə şəhəri yaxınlığında intiharçı bomba hücumu zamanı 53 şiə zəvvar həlak olub. İraq rəsmiləri hücum nəticəsində 137 adamın xəsarət aldığını bildirir.

Polis yoxlama məntəqəsi yaxınlığında minlərlə zəvvarın Kərbəlada məqbərə istiqamətində hərəkət etdiyi zaman baş verib.

Hələlik hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

ABŞ-ın hərbi qüvvələrinin keçən il İraqdan çıxarılmasından sonra İraqda sünnilər və şiələr arasında gərginliyin artdığı müşahidə olunur.

XS
SM
MD
LG