Accessibility links

İraqın baş naziri ona qarşı sui-qəsd cəhdini təsdiqləyib


İraqın baş naziri ona qarşı sui-qəsd cəhdini təsdiqləyib
İraqın baş naziri ona qarşı sui-qəsd cəhdini təsdiqləyib

İraqın Baş naziri Nuri Əl-Məliki bildirib ki, Bağdadda güclü mühafizə olunan “Yaşıl Zona”da maşına yerləşdirilmiş bomba partlayışı onun həyatına sui-qəsd cəhdi olub.

Bu gün Assoşieyted Press agenltiyinə müsahibə verən cənab Məliki deyib ki, partlayış onun parlament binasına daxil olduğu zaman baş verməli idi.

İraq təhlükəsizlik qüvvələri də bazar ertəsi bir nəfərin ölümü, bir neçə adamın isə yaralanması ilə nəticələnmiş bomba hücumunun əsas hədəfinin baş nazirin olduğunu bildirib.

Təhqiqatçıların bildirdiyinə görə, ilkin məlumatlar hücumçunun partlayıcılarla dolu maşını cənab Məlikinin partlament binasına daxil olduğu zaman işə salmaq istədiyini göstərir. Lakin sürücünün sənədləri qaydasında olmadığı üçün o, maşın dayanacağına buraxılmayıb.

Rəsmilər sürücünün bundan sonra maşını kənara çəkib dayanacağın yaxınlığında partlayıcıları işə saldığını bildiriblər.

XS
SM
MD
LG