Accessibility links

Parisdə İslam Dövləti qrupuna qarşı strategiya müzakirə edilir


I
I

İraqın baş naziri Heydər Əl-Abadi beynəlxalq koalisiya qüvvələrinin İslam Dövləti yaraqlılarına qarşı mübarizədə hökumət qüvvələrinə kifayət qədər yardım etmədiyini deyib.

Cənab Abadi bunu bu gün Parisdə, yaraqlı qrupun İraqın Ənbər vilayətini ələ keçirməsindən sonra strategiyanı müzakirə etmək üçün koalisiyanın xarici işlər nazirləri ilə keçiriləcək toplantıdan əvvəl deyib.

Baş nazir kəşfiyyatçıların sayının artırılmalı olduğunu və koalisiya qüvvələrinin xarici döyüşçülərin İslam Dövləti qrupuna qoşula bilməsinin qarşısını almağa çalışmağa baxmayaraq, onların sayının azalmadığını bildirib.

Beynəlxalq koalisiya İraqın hökumət qüvvələrinə quru qoşunlarla deyil, yalnız hava hücumları kampaniyası ilə yardım edir. Pentaqonun məlumatında deyilir ki, keçən ilin avqust ayından bəri İraq və Suriyadakı yaraqlılara qarşı 4 min 200-dən çox hava hücumu həyata keçirilib.

XS
SM
MD
LG