Accessibility links

İraq ABŞ və Parisin metro sisteminə qarşı təhlükə ilə bağlı etibarlı dəlillərə malik olduğunu bildirir


İraqın bildirdiyinə görə, ABŞ və Parisin metro sisteminə qarşı təhlükə ilə bağlı etibarlı dəlillərə malikdir.

Baş nazir Heydər Əl-Əbədi Nyu-Yorkda müxbirlərə deyib ki, məlumat İraqdakı İslam Dövlətinə yardım edən və hazırda ələ keçirilən xarici döyüşçülərdən əldə edilib.

ABŞ rəsmiləri təxribatla bağlı heç bir məlumata malik olmadığını deyir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Keytlin Heyden bildirib ki, ABŞ hər hansısa qərar verməzdən əvvəl bütün məlumatları iraqlı tərəfdaşları ilə nəzərdən keçirəcək.

ABŞ və Fransa İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak edir.

XS
SM
MD
LG