Accessibility links

İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadın şiə məscidində iki intiharçının həyata keçirdiyi ardıcıl bomba hücumları azı 29 nəfərin ölümünə, 52 nəfərin yaralanmasına səbəb olub.

Bağdadın şimalındakı Əl-Qahirə mahalındakı hücumlar günorta namazında sonra həyata keçirilib. Birinci intiharçı bombanı məscidin yaxınlığındakı yoxlama məntəqəsində, ikinci intiharçı isə bundan bir neçə dəqiqə sonra məscidin içərisində partladıb.

İraq rəsmiləri ölkədə dini zəmində artan hücumlarda İslamçı sünniləri və Əl-Qaidə ilə əlaqəsi olan qüvvələri günahlandırır.
XS
SM
MD
LG