Accessibility links

İraq polisi Bağdadda baş vermiş bomba partlayışlarında azı 38 nəfərin öldüyünü deyir.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Lakin Əl-Qaidənin İraqdakı filialı şiə hökumətə təzyiq göstərmək məqsədi ilə şiələrə qarşı tez-tez intiharçı və bomba hücumları həyata keçirir.

Əl-Qaidə qrupu şiə müsəlmanları kafir hesab edir.

Rəsmilər partlayışın gecə saatlarında baş verdiyini və azı səkkiz fərqli qonşuluğu hədəf aldığını deyib. Partlayışlar əsasən şiə müsəlmanların üstünlük təşkil etdiyi rayonlarda törədilib. Lakin hücum sünni müsəlmanlar da daxil olmaqla, qarışıq təriqətdən olan insanların yaşadığı əraziləri də hədəf alıb.
XS
SM
MD
LG