Accessibility links

İraqın şiələrin çoxluq təşkil etdiyi bölgələrində həyata keçirilən bomba hücumları azı 18 nəfərin ölümünə, 50-dən çoxunun yaralanmasına səbəb olub.

Doqquz nəfərin ölümünə nəticələnmiş partlayışlardan ikisinin Bağdaddan 300 kilometrlik məsafədə yerləşən Amarah şəhərində həyata keçirildiyi bildirilir. İnsan ölümülə nəticələnən digər bomba hücumları Divaniyyə, Kərbəla və Mahmudiyyə şəhərlərində də həyata keçirilib.

Keçən həftə də İraqda baş vermiş zorakılıqlar azı 180 nəfərin ölümünə səbəb olmuşdu. Cərşənbə axşamı hökumət qüvvələrinın Həvicə şəhərində sünni etrazçılara qarşı keçirdiyi reyd zamanı baş qaldıran qarşıdurmada 53 nəfər ölmüşdü.

XS
SM
MD
LG