Accessibility links

İraq hökuməti İslam Dövləti qrupunun militantlarının nəzarətində olan Ənbər vilayətini geri almaq üçün əməliyyatlara başlandığını bildirib.

Əməliyyatların başlanması barədəki bəyanat İslamçı yaraqlıların vilayətin paytaxtı Ramadini iki həftəyə yaxındır ələ keçirməsindən sonra açıqlanıb. O vaxtdan bəri İraq ordusu və hökumət tərəfdarı döyüşçülər şərqə çəkilərək, əsas etibarilə sünnilərin yaşadığı vilayətin nəzarətini geri almaq üçün hazırlıq görürdü.

Geniş səhra ərazisindən ibarət olan Ənbər vilayəti İraq və İordaniya ilə qərbdən, Suriya ilə cənub-şərqdən, Səudiyyə Ərəbistanı ilə şimal-qərbdə həmsərhəddir. Fəllucə şəhəri də daxil edilməklə, İslam Dövləti qrupu keçən ildən bəri Ənbər vilayətinin böyük hissəsinin nəzarətini əlinə alıb.

Ölkənin baş naziri Heydər Əl-Abadi bazar ertəsi BBC-yə verdiyi müsahibəsi zamanı deyib ki, İraq ordusunun Ramadini geri alması cəmi bir neçə gün çəkəcək.

XS
SM
MD
LG