Accessibility links

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri İraqa yardım etmək məqsədilə hərbi əməliyyatlarını artırıblar

İraq hökuməti Ənbər vilayətini İslam Dövləti qrupunun yaraqlılarından geri almaq məqsədilə hərbi əməliyyatlara başlanıldığını elan edib. "İslam Dövləti" Ramadi və Fəllucə şəhərləri də daxil ölmaqla böyük ərazilərə nəzarət edir.

Televiziyada yayımlanan açıqlamada bu əməliyyatda İraq əsgərləri ilə bərabər şiə və sünni döyüşçülərin iştrak edəcəyi bildirilib.

İslam Dövləti qrupunun may ayında həyata keçirdiyi hücum nəticəsində Ramadini ələ keçirməsindən sonr İraq ordusu tənqidlərə məruz qalıb. İraq höküməti bundan sonra Ənbər vilayətini geri almaq məsələsini prioritet edib.

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri İraq hökumətinin hədəfinə çatmasına kömək etmək məqsədilə hərbi əməliyyatları intensivləşdirib. Bazar günü həyata keçirilən 39 hava hücumundan 29-u Ənbər vilayətində yerləşən Ramadini hədəf alıb.

Ötən il yaraqlılar İraqın şimal və qərb bölgələrində böyük əraziləri ələ keçirib. İslam Dövləti qrupunun yaranması İraqda dinc əhali, eləcə də əsgərlər arasında böyük itkilərlə nəticələnib.

Biləşmiş Millətlər Təşkilatının İraqa Yardım Missiyası və BMT-nin Qaçqınlar üzrə Agentliyi açıqladığı yeni hesabatda 2014-cü ilin yanvar ayından bəri İraqda 15 min mülki vətəndaşın həlak olduğu, 30 min nəfərinsə yaralandığı bildirilir.

BMT-nin verdiyi məlumata əsasən, iyun ayı da daxil olmaqla 2015-ci ildə 7 min 800 insan ölüb. Bu isə ötən il eyni müddət ərzində həlak olan insanların sayından 600 nəfər artıqdır.

XS
SM
MD
LG