Accessibility links

Səddam Hüseyn rejiminin yıxılmasının ildönümü tamam olur [Video]


10 il əvvəl Bağdadın mərkəzində Səddam Hüseynin heykəli yerə salındı. Cənnət Meydanında Səddam Hüseynin heykəlindən qalan yalnız ayaqqabıdır.

Birləşmiş Ştatlar ordusunun İraqa daxil olduğu və heykəlin salındığı gün çoxları üçün diktatorluğun sonu, yeni ümidlərin başlanğıcı idi. İndi meydanda bu ay keçiriləcək seçkilərə yönəlik şüarlar asılıb.

Bağdadın mərkəzi küçələri müharibədən dərhal sonrakı dövrdə olduğundan daha təmiz və səliqəlidir. Küçələr yeni avtomobillərlə doludur. Tıxaclar saatlarla davam edir. Lakin iraqlıların çoxu demokratiyanın onların həyatını dəyişmədiyini deyirlər.

Tikinti işləri ilə məşğul olan Mehdi Əl-Musəvi işini itirib və arabir iş tapanda pul qazanır. “Ümumiyyətlə təhlükəsizlik baxımından vəziyyət bir az düzəlib, lakin problemlər hələ də qalır.”
Ümumiyyətlə təhlükəsizlik baxımından vəziyyət bir az düzəlib, lakin problemlər hələ də qalır.
Təriqətlərarası bomba hücumlar bir neçə illə müqayisədə azalsa da, zorakılıqlar davam edir və hər ay yüzlərlə insan ya ölür, ya da şikəst olur.

Bağdadın mərkəzi bazarındakı alıcılar qiymətlərin çox yüksək olduğunu deyirlər. Onlar müharibədən əvvəl qiymətlərin daha aşağı, yanacaq və əsas məmulatların maddi yardım kimi verildiyini deyirlər. Beş uşaq anası İntizar Madi: “Bu, faciədir. Bəzilərinin heç 1 kq ərzaq almağa belə pulu yoxdur. Biz yeməyə nə isə tapırıq, lakin digərləri tapa bilmir. Bir günlə yaşayırıq.”

İraqın neft sənayesində vəziyyət xeyli düzəlib. Lakin iraqlıların çoxu neft gəlirlərinin birbaşa elitaya çatdığını, ölkədə korrupsiyanın baş alıb getdiyini, dövlət xidmətlərinin zəif olduğunu deyir. Bütün bunlara baxmayaraq, iraqlılar həyatlarını sahmana salmağa çalışırlar. Onlar ailələri ilə gəzintiyə və piknikə çıxırlar. Sara Qaib yerli Əl-Qad Əl-Məşriq qəzetinin redaktorudur. “Parka gəzməyə gələndə elə təsəvvür yaranır ki, İraqda sakitlikdir, hər şey qaydasındadır. Lakin buradan çıxan kimi vəziyyətin başqa cür olduğunu görürsən.”

Bəziləri vəziyyətin yaxşılaşdığını, lakin buna daha çox zaman tələb olunacağını, digərləri isə vəziyyətin keçmişdəki kimi olduğunu deyir. Hər halda perspektivdən asılı olaraq çox, yaxud az şeyi dəyişmiş müharibənin ildönümünü qeyd edən yoxdur.
XS
SM
MD
LG