Accessibility links

İraqda 53 cəsəd tapılıb


Yerli rəsmilərin bildirdiyinə görə, İraq təhlükəsizlik qüvvələri bu gün səhər Bağdadın cənub bölgəsində, şiələrin çoxluq təşkil etdiyi kənddə əlləri və gözləri bağlı 53 cəsəd aşkar edib.

Rəsmilər cəsədlərin Hilla şəhərindən 25 km məsafədə yerləşən Xəmisiyyə kəndində aşkar edildiyini deyir.

Vilayət şurasının sədri, yerli polis və hökumət idarəsi cəsədlərin tapıldığı barədə məlumatı təsdiq etsələr də, qətlə yetirilənlərin kimliyi barədə məlumat verməyiblər.

XS
SM
MD
LG