Accessibility links

İraqın Ənbar vilayətində hücumlar 19 nəfərin ölümünə səbəb olub


İraqın qərb bölgəsində polisə qarşı həyata keçirilən silahlı və intiharçı hücumları azı 19 nəfərin ölümünə səbəb olub.

Rəsmilər hücumların ötən gecə Ənbar vilayətinin Rutba şəhərində və şəhərin ətrafında həyata keçirildiyini bildirib.

İntiharçının maşına yerləşdirilmiş bomba hücumları da daxil edilməklə, hədəf polisin yoxlanış məntəqələri və körpü olub. Ölənlərdən 16 nəfər polis işçisi, 3 nəfər isə mülki vətəndaşdır.

Hücumun məsuliyyətini hələlik öz üzərinə götürən olmayıb.
XS
SM
MD
LG