Accessibility links

Bağdadın şiə məhəlləsində bomba hücumu


Avtomobilə yerləşdirilmiş bombanın insanların çox olduğu Bağdad bazarında partladılması azı 20 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Bu gün Bağdadın şiələrin çoxluq təşkil etdiyi məhəlləsindəki bomba hücumundan sonra təmizlik işləri aparılıb.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin İraqın şimal və qərb bölgələrinin böyük hissəsini nəzarətində saxlayan İslam Dövləti şiələrin yaşadığı ərazilərdə tez-tez hücumlar həyata keçirir.

Hazırda İraqın hökumət qüvvələri və şiə yarı-hərbi qüvvələr Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin köməyi ilə İslam Dövlətinə qarşı hücumlara keçib.

XS
SM
MD
LG