Accessibility links

İraqda hücumlar səngimək bilmir


İraq rəsmiləri ölkə boyu 50 nəfərin ölümü ilə nəticələnən zorakılıqlardan bir gün sonra həyata keçirilən bomba hücumlarının azı 5 nəfərin ölümünə səbəb oduğunu bildirib.

Bu gün4 nəfərin ölümünə, 15 nəfərin yaralanması ilə nəticələnən bomba hücumlarından biri paytaxt Bağdaddan 75 km məsafədəki Əziziyədə həyata keçirilib. Bir əsgərin ölümünə səbəb olan ikinci bomba isə Bağdadın şimalında partladılıb.

Bu həftənin şənbə günü ölkədə keçiriləcək vilayət şeçkilərindən əvvəlki hücumların məsuliyyətini üzərinə götürən olmayıb.
XS
SM
MD
LG