Accessibility links

Qlobal problemlər diqqətləri İraqdan yayındırıb


İraqda çərşənbə günü seçkiləri Yaxın Şərqdə sabitsizlikdən narahat olan Avropa ölkələri üçün ciddi siqnal mahiyyəti daşıyır.

Seçkilər uzunmüddətli rəqibləri ön sıralara çıxarıb. Çox hallarda ciddi zorakılıqlarla. Zorakılıqlar ölkədəki təriqət münaqişəsinin daha da dərinləşməsinə yol açıb.

Sentyabr ayında həyata keçirilən hücum zamanı 3 oğlunu itirən bir ata hesab edir ki, nə sünnilər şiələrə, nə də şiələr sünnilərə səs verəcək.

Təhlükəsizlik qüvvələri seçkilərdən əvvəl səs verməli olub. Belə ki, onlar seçki günü təhlükəsizliyi təminat altına almalıdır.

Seçkilər ABŞ və Avropanın demokratiya quruculuğu uğrundan minlərlə əsgər itkisi verdiyi bir ölkədə birlik amili ola bilərdi. Lakin son iki il ərzində xarici qüvvələrin ölkəni tərk etməsi, diqqətlərin Ukrayna böhranına yönəlməsi, İranın mübahisəli nüvə proqramı ilə bağlı müzakirələr İraqı öz daxili siyasəti ilə baş-başa qoyub.

Avropa Şurasının xarici əlaqələr şöbəsinin əməkdaşı Mirian Benraad isə hesab edir ki, region unudulmayıb, lakin Avropanın prioritetləri dəyişib. “Avropa və onun siyasəti tarixi böhranlar üzərində mərkəzləşib. Avropa diqqətini qonşularının siyasətinə yönəldib. Əgər Avropa etibarını qoruyub-saxlamaq istəyirsə, demokratik islahatlara dəstək verməlidir.”

Qərb liderləri Misirdə avtoritar rejimin islamçıların əlinə keçməsi və yenidən avtoritarlığa qayıdışına, Suriyada vətəndaş müharibəsi, ABŞ-ın vasitəçilik etdiyi İsrail-Fələstin sülh prosesini kölgə altına alan Fələstin fraksiyalaraının birləşməsinə nəzarət edə bilməyib.

Təhlilçilər isə hesab edir ki, diqqətlərin yayınması və digər təzyiq yaradan məsələlər Yaxın Şərqdə baş verə biləcəklərin Qərb rəsmilərinin nəzarətindən çıxmasına səbəb olub.
XS
SM
MD
LG