Accessibility links

İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadın cənub-şərq məhəlləsi Amildə avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 23 nəfər ölüb, 45 nəfər yaralanıb.

Bazar günü axşam saatlarında törədilən hücumun məsuliyyətini İslam Dövləti qrupu öz üzərinə götürüb. Mosuldakı mövqeləri zəiflədiyi üçün İŞİD militantları Bağdad və digər şəhərlərdə oxşar bomba hücumları həyata keçirir.

İslam Dövləti son iki ildə ölkə boyu ələ keçirdiyi ərazilərin 60 faizdən çoxunu itirib.

İslam Dövləti son iki ildə ölkə boyu ələ keçirdiyi ərazilərin 60 faizdən çoxunu itirib. Birləşmiş Ştatların başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin köməyi ilə İraq ordusu hazırda ölkənin ikinci böyük şəhəri Mosulu geri almağa çalışır.

Hərbiləşdirilmiş Federal Polis işçiləri İslam Dövləti qrupunun lideri Əbu Bəkr Əl-Bağdadinin 2014-cü ildə İraq və Suriyada xəlifət elan etdiyi Əl-Nuri məscidindən təqribən 500 metr məsafədə olduqlarını bildirib.

Bağdaddakı bomba hücumu Birləşmiş Ştatlar prezidenti Donald Trampın İraqın baş naziri Heydər Əl-Abadi ilə Vaşinqtonda görüşü zamanı həyata keçirilib. Görüş zamanı iki dövlət arasında əməkdaşlıq və İŞİD-in məğlub edilməsi məsələləri müzakirə edilib.

XS
SM
MD
LG