Accessibility links

İraqda silsilə bomba hücumları azı 58 nəfərin ölümünə səbəb olub


İraq boyu həyata keçirilən silsilə bomba hücumları azı 58 nəfərin ölümünə, 65 nəfərin yaralanmasına səbəb olub. Paytaxtın şiələrin çoxluq təşkil etdiyi ərazilərində azı 6 maşına yerləşdirilmiş bomba partladılıb.

Bu arada isə polis və səhiyyə işçiləri etnik baxımdan qarışıq Kərkükdə çərşənbə axşamı həyata keçirilən bomba hücumlarının azı 13 nəfəri yaraladığını bildirib. Hücumların məsuliyyətini öz üzərinə götürən olmayıb.

İraqda zorakılıqlar 2008-ci ildən, sünnilərlə şiələr arasında qarşıdurmaların başlamasından bəri ən yüksək həddə çatıb.
XS
SM
MD
LG