Accessibility links

Bu gün İraq paytaxtında bomba hücumu zamanı azı 68 nəfər ölüb, 100 nəfərdən çoxu yaralanıb.

Rəsmilərin dediyinə görə, çox sayda insanın ölümü ilə nəticələnən bomba hücumu intiharçı qadın tərəfindən Bağdadın şimalındakı Əl-Şaab bölgəsinin ticarət mərkəzində həyata keçirilib.

Avtomobilə yerləşdirilmiş digər bomba isə Bağdadın cənub hissəsindəki Rəşid məhəlləsində partladılıb. Hücumlara görə məsuliyyəti hələ ki öz üzərinə götürən olmayıb.

Keçən həftə İŞİD-ın paytaxtda həyata keçridiyi silsilə bomba hücumları zamanı 100-dən çox insan həyatını itirib. Bağdadın şiələrin yaşadığı Sədr şəhərində həyata keçirilmiş hücumlardan biri azı 50 nəfərin ölümülə nəticələnib.

XS
SM
MD
LG