Accessibility links

Bu gün İraqda həyata keçirilən bomba hücumları azı 30 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub. Bomba hücumlarının 7-sinin Bağdaddın şiə və sünni məhəllələrində həyata keçirildiyi və 23 nəfərin ölümü ilə nəticələndiyi bildirilir.

Mosul şəhərində həyata keçirilən intiharçı bomba hücumunun isə 7 nəfərin ölümünə səbəb olduğu deyilir.

Dünən də iki bomba hücumu nəticəsində azı 9 nəfər ölüb. Son zamanlar sünnilərlə şiələr arasında gərginlik xeyli artıb. Hücumların məsuliyyətini öz üzərinə götürən yoxdur.
XS
SM
MD
LG