Accessibility links

Əl-Qaidənin İraqdakı filialı çərşənbə axşamı şiələrin çoxluq təşkil etdiyi bölgələrində və Bağdad ətrafında 60 nəfərin ölümü ilə nəticələnən silsilə hücumların məsuliyyətini öz üzərinə götürüb. İraq İslam Dövləti bu gün yaydığı Cihad Forumunda bildirib ki, bu hücumlar intiqamın birinci mərhələsidir.

Çərşənbə axşamı səhər tezdən Bağdadda həyata keçirilən hücumlar zamanı 160 nəfərdən çox insanın yaralandığı bildirilmişdi. Bir neçə bomba hücumunun isə paytaxtın şimal və cənub bölgəsində həyata keçirildiyi xəbər verilmişdi.

Bu, Birləşmiş Ştatların İraqa hücumunun 10-cu ildönümü ərəfəsində ölkədə ən çox insan tələfatının olduğu hücumlardır.

I
XS
SM
MD
LG