Accessibility links

İraqın yüksək rütbəli komandiri atışma zamanı öldürülüb Fotoqalereya


İraq baş nazir Nuri Əl-Malikinin ofisinin məlumatına görə, paytaxt Bağdadın qərbində İraqın altıncı diviziyasının komandiri general Negim Abdulla Əli öldürülüb.

Bəyanatda onun Bağdadla Fəlluca şəhərləri arasında İbrahim Bin Əli adlanan ərazidə atışma zamanı öldürüldüyü deyilir.

İraq Fəllucə şəhəri də daxil olmaqla ölkənin şimal və qərbində böyük bir ərazini nəzarəti altına alan islamçı yaraqlılara müqavimət göstərməyə çalışır.

İraq Şam İslam Dövlətinin (İŞİD) döyüşçüləri iyun ayında ərazinin əksəriyyətini ələ keçirib. Keçən ay İraq təhlükəsizlik qüvvələrinin ən çox itki verdiyi aylardan biridir. İyun ayında İraqda 886 hərbçi öldürülüb. Bu rəqəm ilin ilk 5 ayı ərzində həlak olan hərbçilərin sayından çoxdur.

BMT ötən həftə açıqladığı hesabatında 2014-cü ildə terror və zorakılıq nəticəsində 7160 mülkü vətəndaş və hərbçinin öldürüldüyünü bildirib. 2013-cü ildə bu rəqəm 9000 olub.

XS
SM
MD
LG