Accessibility links

İraq parlamentinə yeni sünni spiker seçilib


İraq parlamenti siyasi böhranın həlli istiqamətində irəliyə doğru addım ataraq, sünni qanunvericini parlamentin spikeri seçib.

Səlim Əl-Cuburi parlamentdə 328 qanunvericidən194-nün səsini alıb.

Cuburinin seçilməsindən sonra parlament 30 gün ərzində prezidenti seçməli, prezident isə öz növbəsində parlamentdə ən böyük blokdan baş nazir seçib ona yeni hökumətin təşkilini tapşırmalıdır.

ABŞ-ın vitse-prezidenti Co Bayden Cuburiyə zəng edərək onu yeni spiker seçilməsi imünasibətilə təbrik edib və onunla birgə iş aparacaqlarını deyib.

Ağ Ev bildirib ki, Bayden və Cuburi İraq qanunvericilərinin tez bir zamanda yeni hökumət yaratmalı və sünni yaraqlılara qarşı mübarizə aparmalı olduğu məsələlərində həmfikirdirlər.

2003-cü ildə ABŞ hərbi qüvvələriin dictator Səddam Hüseyni hakimiyyətdən saldıqdan sonra qüvədə olan qeyri-rəsmi razılığa əsasən, parlamentin spikeri sünni, prezident kürd, baş nazir isə şiə siyasətçi arasından seçilirdi.

2006-cı ildən bəri ölkənin baş naziri olan şiə Nuri Əl-Maliki vəzifəsindən getməkdən imtina edir.

XS
SM
MD
LG