Accessibility links

Bağdadda 51 məhbus və 8 polis öldürülüb


İraq rəsmiləri yaraqlıların Bağdadın şimalında maşın karvanına hücum edərək, 51 məhbusu və 8 polisi öldürdüyünü bildirib.

Hadisə paytaxtdan 20 kilometrlik məsafədə yerləşən Taji şəhərində hərbi bazadan məhbusların maşın karvanı ilə daşındığı zaman baş verib. Maşın karvanı yola bastırılmış minaya tuş gəldikdən sonra yaraqlılar karvana hücum edib.

İraq əsasən İslam dövləti yaratmaq məqsədi ilə geniş ərazini ələ keçirən sünni yaraqlıların hücumları kimi zorakılıqlarla mübarizə aparır.

BMT-nin baş katibi Ban Gi Mun deyib ki, İraq real təhlükə ilə üzləşib. Amma ölkə bütün tərəfləri təmsil edən hökumətin yaradılması ilə bu təhlükəni aradan qaldıra bilər.

Cənab Ban bu gün Bağdadda İraqın baş naziri Nuri Əl-Maliki ilə birgə çıxış edib.

Liderlər İraqda zorakılıqların artmasına gətirib çıxaran vəziyyətlə mübarizə yollarını müzakirə edib.

XS
SM
MD
LG